16 yaşlı qızdan qeyri-adi səyahətbackend

16 yaşlı qızdan qeyri-adi səyahət

İsveçli fəal Greta Thunberg Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün katamaranla Portuqaliyanın paytaxtı Lissabona gəlib.

 KONKRET.az xarici mediaya istinadən xəbər veiri ki, 16 yaşlı Thunberg Amerikadan başlayan yolculuğunu 3 həftəyə başa vurub.

Atası ilə birlikdə səyahət edən Thunbergi çox sayda ətraf mühit fəalları qarşılayıb. Thunberg portuqaliyalı gənclərə və mətbuat nümayəndələrinə “Xoş gəldin Greta”, “Greta sənin səsin bizim səsimizdir” deyə qışqıraraq mesajlar verib . O, bu mübarizədə hər kəsin yaxından iştirak etməli olduğunu vurğulayıb.

Okean səyahəti zamanı ürək bulanması olduğunu deyən Thunberg karbon qazı tullantıları səbəbiylə təyyarələrə minmədiyini söyləyib. İsveçli fəal bir neçə gün Lissabonda qalacağını və hazır olduğunu hiss etdikdə 10 saatlıq qatarla Madridə gedəcəyini ifadə edib.

İsveçli fəal “Mən dayanmayacağam. COP25-də mübarizəni davam etdirəcəyəm” sözlərini də əlavə edib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*