197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarıldıbackend

197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə qayıdışı, onların ailə mühitində böyüməsi üçün hüquqi, sosial, tibbi-psixoloji və s. dəstək tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az-a verilən məlumata görə, reinteqrasiyayönümlü həmin tədbirlər nəticəsində ötən il daha 197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

Ümumilikdə son dörd ildə 448 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*