Rusiya – Ukrayna müharibəsində ruslara əsir düşən və 2 il əsir qalan ukraynalı polis məmuru sərbəst buraxıldıqdan sonra yaşadığı şiddətdən danışıb.
KONKRET.az xəbər verir ki, ötən həftə Rusiya tərəfindən azad edilən 24 yaşlı Ukrayna polisi Mariana Çeçelyuk ölkəsinə qayıtdıqdan sonra göz yaşlarını saxlaya bilməyib. Ukrayna mətbuatına danışan 24 yaşlı qadın “Məni ac qoydular, döydülər, təhqir etdilər” deyib.
2022-ci ilin aprelində Rusiyanın həyata keçirdiyi hücumlarda ələ keçirilən Çeçelyuk “Bizə pis baxdılar. Ona görə də səhhətim pisləşdi. Bronxit oldum”, – deyib. Gənc qadının anası da qızının immun sisteminin çökdüyünü və arıqladığını bildirib.
Çeçelyuk həbsxanada olarkən zorakılığa məruz qaldığını da bildirib. Anası isə “Ruslar qızımı böyük pul və vədlərlə aldadıb, tərəfini dəyişməsini istəyiblər, qızım isə bundan imtina edib” deyə açıqlama ilə çıxış edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az