2022-ci ilin energetika trendində lider hansı ölkədir? –“Forbes”in ARAŞDIRMASIbackend

2022-ci ilin energetika trendində lider hansı ölkədir? – “Forbes”in ARAŞDIRMASI

Başqa sözlə, yeni obyektlərə investisiya qoyuluşu hesabına bərpa olunan enerji potensialının genişləndirilməsini sürətləndirmək lazım gələcək.

KONKRET.az xəbər verir ki, 2021-ci ildə Aİ öz bərpa olunan enerji istehsal gücü və resurslarından elektrik enerjisi istehsalını 2020-ci ilə nisbətən 15% artaraq 100 teravatt saata (TWh) çatdırdı.  IEA 2022-ci ildə hasilatı daha 20% artırmaq üçün imkanları səfərbər etməyi tövsiyə edir.

Yaşayış binalarının, ofislərin, fabriklərin damlarında günəş panellərini quraşdırmaq hesabına üç milyard avro maliyyə dəstəyi ilə damlarda günəş panellərinə investisiyaların həcmi 20% artacaq. Bu proqram vasitəsilə Aİ illik elektrik enerjisi istehsalına daha 15 TWh əlavə edə biləcək.Genişmiqyaslı enerji səmərəliliyi layihələri, nüvə və bioyanacaqların enerji balanslarına daxil edilməsi də dövlətlərə tövsiyə olunur.

Hələlik yalnız Türkiyənin enerji strategiyalarının düzgün istiqamətdə getdiyini göstərir. Digər Avropa ölkələrində isə vəziyyət heç də ürəkaçan deyil. Hazırda mavi qazın və neftin qiymətinin sürətlə bahalaşması fonunda alternativ enerji resurslarının hərəkətə gətirilməsi 2 artıq həyati əhəmiyyət daşıyır.

“Forbes”,ABŞ. 5 mart 2022.

Tərcümə etdi: Lətif.A.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*