30 illik dünya hegomonluğundan sonra ABŞ çoxqütblülük dövrünə uyğunlaşa biləcəkmi?  – “The National İnterest”backend

30 illik dünya hegomonluğundan sonra ABŞ çoxqütblülük dövrünə uyğunlaşa biləcəkmi?  - “The National İnterest”

Birqütblü dünya artıq unudulub. ABŞ yeni şərtlərə uyğunlaşmalıdır, əks halda Çin və Rusiyanın təzyiqlərinə tab gətirməyəcək.

Getdikcə sərtləşən milli təhlükəsizlik sistemi və səmərəsiz daxili siyasət ABŞ-a dəyişən dünya nizamının çağırışlarına cavab vermək üçün beynəlxalq mövqeyini və xarici siyasətini dəyişməyə imkan verə bilərmi?

İndi aydın olur ki, biz geosiyasi, iqtisadi, texnoloji dəyişikliklərin və beynəlxalq münasibətlərin mənbə kodunun yenidən yazan bir dövlətin – ABŞ-ın dünya hegomonluğunun otuz illik dövrünün sonuna yaxınlaşırıq. Bu tsiklin başlanğıcı ABŞ-ın rəhbərlik etdiyi liberal-demokratik sistemin təntənəsi – Berlin divarının yıxılması, Fars körfəzi müharibəsində ABŞ-ın başçılıq etdiyi koalisiyanın az qala qansız qələbəsi ilə əlamətdar olan bir sıra dramatik hadisələrlə əlamətdar idi. 1991-ci il dekabrın 25-də Böyük Kreml Sarayının üzərində oraq və çəkiclə qırmızı bayrağın endirilməsi, bu “soyuq müharibədən sonrakı dövr”ün sonu və yeni, lakin adı açıqlanmayan bir dövrün doğum günü idi.

Lakin qlobal pandemiyanın fəlakəti və ABŞ-ın 11 sentyabrdan sonrakı iyirmi illik səylərinin uğursuzluğu yeni dünya düzəni formalaşdırır. ABŞ-ın imperiya qüdrəti Sovet və Britaniya imperiyalarından fərqli olaraq Əfqanıstanı (və daha sonra digər ölkələri) liberal rejim boyunca yenidən yarada bilərdi. Yeni idarəetmə alətlər demokratik modeli kimi önə çıxarıla bilərdi. Lakin indi biz 2022-ci ilin üçüncü ayına qədəm qoyarkən dünyada xaotik, dumanlı bir mənzərə görürük. ABŞ-ın dünya hegomonluğu Vaşinqtonun yeni dövrü necə formalaşdıracağından, daha doğrusu formalaşdıra biləcəyindən asılıdır.

Soyuq müharibəni əsasən sülh yolu ilə başa vurmaq və bir-biri ilə daha əlaqəli və çiçəklənən dünyanın sürətlə yaranması üçün ABŞ rəhbərliyinin əlində tarixi fürsətlər var idi. Lakin Ağ Evdə oturanlar bu şansı qaçırdılar. 1989-cu ildən bəri ABŞ-ın ən iddialı məqsədləri tam həyata keçirilməsə də, postsovet Rusiyası heç vaxt Avro-Atlantik dünyaya inteqrasiya olunmadı və Çin ABŞ-ın rəhbərlik etdiyi dünya düzənində “məsul iştirakçı” olmağa razı gəlmədi. Stiven Sestanoviç və Con Bulud kimi ekspertlərin dediyi kimi son otuz il dünyaya Avro-Atlantik və Hind-Sakit Okean hövzələrinin demokratik icmalarını genişləndirmək üçün əla vaxt idi. İndi söhbət Soyuq Müharibədən sonrakı möhtəşəm Amerika xarici siyasət strategiyasının uğursuzluğunda deyil – əslində bir çox səhvlərə yol verilməsi üzündən sürətlə böyüyən tükəniş faktorundan gedir. Həqiqətən də ABŞ-ın xarici siyasətində əsas nöqsanlar ondan ibarətdir ki, o, növbəti tarixi dönəmə hazırlaşmaq üçün addımlar atmaq əvəzinə, Soyuq Müharibədən sonrakı dövrün qeyri-müəyyən müddətə qədər davam edə biləcəyinə inandı və heç bir təşəbbüs göstərmədi.

İki illik pandemiyadan sonra yeni dünya formalaşmaqdadır. Yeni formalaşan dünya düzənində ABŞ yenə təkqütblü hökmran kimi qalacaqmı? Hadisələrin son inkişafı bu suala nikbin cavab vermək üçün elə bir güclü əsas vermir.

“The National İnterest”, ABŞ. 7 mart 2022

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*