30 yaşlı oğlanla evləndirilən 16 yaşlı qız AİLƏSİNƏ QAYTARILDI – VİDEObackend

30 yaşlı oğlanla evləndirilən 16 yaşlı qız AİLƏSİNƏ QAYTARILDI - VİDEO

Bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 16 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılmış və fakt təsdiqini tapmışdı.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, 30 yaşlı kişi ilə evləndirilən qız həmin şəxsdən alınaraq ailəsinə təhvil verilib.

Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox sadəcə nişan olub. Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonradan eləsinlər.

Qız orta məktəbin 9-cu sinifini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər.

Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirməyən ana Xuraman Həbilayeva qızını 2 ildən sonra ərə verəcəyini bildirir.

Yeniyetməyə qarşı hər hansı təyziqlərin olub olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər 2 tərəfdən izahatlar alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib. Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*