Rusiyanın Həştərxan şəhərində müəllim doqquzuncu sinif şagirdi ilə intim münasibət qurmaqda şübhəli bilinib.
KONKRET.az xəbər verir ki, bu barədə “Həştərxan FM” portalı Həştərxan vilayəti üzrə İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məktəb şagirdlərindən birinin anası hadisə barədə portala məlumat verib.
Dediyinə görə, təhsil müəssisəsində bir neçə gündür 35 yaşlı müəllimə ilə 15 yaşlı yeniyetmə arasında intim dialoqu özündə cəmləşdirən video yayılıb.
Hadisə ilə əlaqədar yoxlamaya başlanılıb.
Babək Göyüş
KONKRET.az
