“Desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?” – Erməni generalbackend

“Desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?" - Erməni general

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlanmasına və Ermənistan hakimiyyətinin Azərbaycana verilməsi planlaşdırılan 4 kəndlə bağlı bəyanatına münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, Xaçatryan bildirib ki, bu cür bəyanatla hakimiyyət bir gün İrəvanı təslim edə və Ermənistan ərazisi olmadığını deyə bilər

“Mən sizə desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?” – deyə erməni general sual verib.

Xaçatryanın sözlərinə görə, problem ondadır ki, proses Azərbaycanın diktə etdiyi tələblərin yerinə yetirilməsi ilə davam edir.

O, ölkə Prezidenti İlham Əliyevin bundan sonra da istənilən tələbləri irəli sürəcəyini və hər şeyin indiki kimi davam edəcəyi təqdirdə uğur qazanacağını vurğulayıb.

Xaçatryan hakimiyyətdə başqa qüvvələr olarsa, prosesi dayandırmaq olarmı sualına belə cavab verib.

“Burada digər səlahiyyətlilərin əhəmiyyəti yoxdur. Düşüncə, yanaşma və ideyalar vacibdir. Əgər digər qüvvələr hakimiyyətə gəlsə və bu hakimiyyətin başlatdığı prosesi davam etdirsə, bunun nə fərqi var?”. – Xaçatryan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*