8 may məğlubiyyətindən 9 may qələbəsinə gedən yol – FOTO – VİDEObackend

8 may məğlubiyyətindən 9 may qələbəsinə gedən yol – FOTO – VİDEO

1941-1945-ci illər ərzində Alman faşizminə qarşı vuruşaraq “Böyük Vətən Müharibəsi”ni udan iqtisadi və texnoloji inkişaf baxımından düşmənlə müqayisədə zəif Sovet xalqı və ordusu nəyin hesabına buna nail oldu?

1. Döyüşü uduzan ordunun səriştəsiz generalları həbs olunur və ya güllələnir.

2. Vahid komandana tabel olmayan, zəif iradəli və qorxaq zabitlər dərhal idarəetmədən kənarlaşdırılır.

3. Ölkə ərazisində ciddi şəkildə “Hər şey Vətən üçün, hər şey Cəbhə üçün” prinsipi hökm sürür.

4. Sosial statusundan asılı olmayaraq hər kəs müharibəyə göndərilir və ya könüllü yollanır.


5. Rəhbər şəxslər, onların ailə üzvləri daim xalqın arasında olur və cəbhədə döyüşür.
6. Arxa cəbhədə, insanlar arasında vətənpərvərlik ruhu yaşadılır və təbliğ edilir.

7. Rəssamlar, animatorlar yalnız döyüşə çağırış, vətənə xidmət ilə bağlı posterlər çəkirlər.
8. Ölkə mətbuatı vasitəsilə təbliğat və təşviqat işləri yüksək peşəklarlıqla aparılır.
9. Mədəniyyət işçiləri vətənpərvərlik ruhunda tamaşalar səhnələşdirir, filmlər çəkir, mahnılar bəstələyir.


10. Cəbhədə olan əsgər arxada qalan ailə üzvlərinə dövlətin qayğısının olduğundən əmindir.


11. Döyüşdən qaçanlar, satqınlar, vətən xainləri və fərarilər güllələnirlər.
12. Rüşvətə və korrupsiyaya yol verən hər bir məmur güllələnir.
13. Əmrə tabe olmayan hərbiçilər hərbi tribunala verilir və güllələnirlər.

Bütün yuxarıda sadalananlar 1941-1945-ci ilin “Böyük Vətən Müharibəsi” zamanı Sovet hökumətinin siyasəti idi və bütün bunların kompleks şəkildə həyata keçirilməsi 50 milyondan çox insan həyatını alan bəşəriyyətin ən ağır müharibələrindən birinə qalib gəlməsi ilə nəticələndi.

Bunların hamısının kökündə isə ideoloji mübarizə və ruh yüksəkliyi durur.

Birinci Qarabağ müharibəsində isə bunlardan hansılarına riayət olunub olunmaması çox da uzaq keçmiş deyil.
Ən gözəl təcrübə buraxılmış səhvlərdən qazanılan təcrübədir. Bu günkü Azərbaycan 90-cı illərdən fərqli olaraq hərbi, siyasi və iqtisadi cəhətdən kifayyət qədər güclüdür və ən başlıcası isə güclü iradəli ali baş komandan ətrafında birləşib.

Qalır uyğun məqamda, uyğun zamanda hücuma keçmək.

İlham Məmmədov (Məmmədzadə)

NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*