“90 helikopter, 389 tank…” – Ukrayna Rusiyanın hərbi itkilərini AÇIQLADIbackend

"90 helikopter, 389 tank..." - Ukrayna Rusiyanın hərbi itkilərini AÇIQLADI

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 90 helikopter, 389 tank, 1 249 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 64 reaktiv yaylım atəş sistemi, 617 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*