ABŞ Azərbaycanın on erməni hərbçini təhvil verməsini alqışlayırbackend

ABŞ Azərbaycanın on erməni hərbçini təhvil verməsini alqışlayır

ABŞ Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistana təhvil verməsini alqışlayır.

KONKRET.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Twitter”də bildirib.

“Avropa İttifaqının dəstəyi ilə bu gün Azərbaycanın 10 erməni hərbçini azad etməsini alqışlayırıq. Biz bütün saxlanılanların tam şəkildə və tez azadlığa buraxılmasına, meyitlərin dəyişdirilməsinə və itkin düşənlərin axtarışının aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq”,- deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*