ABŞ Bolqarıstana 1,6 milyard dollar dəyərində “F-16” SATACAQbackend

ABŞ Bolqarıstana 1,6 milyard dollar dəyərində "F-16" SATACAQ

ABŞ Dövlət Departamenti Bolqarıstana 1,6 milyard dollar dəyərində 8 ədəd “F-16 C/D Block 70” seriyalı qırıcı təyyarə və digər avadanlıqlar satacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi tərəfindən edilən yazılı açıqlamada bildirilib.

Agentlikdən satışın təsdiqi ilə bağlı Konqresə bildirişin göndərildiyi qeyd olunur.

Açıqlamada satışın Bolqarıstanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi, lakin bölgədəki güc balansını dəyişməyəcəyi qeyd edilib.

Qeyd edək ki, ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiqləndiyi ölkə ilə danışıqlara başlayacaq. Danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu göndərəcək. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş tutacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*