backend

ABŞ Ermənistanla səmərəli tərəfdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyanla görüşdə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bildirib.

Səfirin sözlərinə görə, 2019-cu ildə Ermənistan-Amerika əməkdaşlıq planı çərçivəsində ABŞ-ın Ermənistana verdiyi yardımın miqdarı 40 faiz artıb. Səfir qeyd edib ki, Amerikanın köməyi əsasən korrupsiyaya qarşı mübarizə, məhkəmə sistemində islahatlar, insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönəlib.

Prezident Sarkisyanın qeyd etdiyi kimi, müxtəlif sahələrdə Ermənistan-Amerika qarşılıqlı əlaqəsi yüksək səviyyədədir.

Həmsöhbətlər yeni əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparıblar. Bu çərçivədə, Ermənistan Prezidenti gələn il keçiriləcək prezident təşəbbüsləri çərçivəsində bəzi fəaliyyətlərdən, o cümlədən 6-cı beynəlxalq STARMUS festivalından, “Erməni Düşüncə Zirvə Görüşü”ndən danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*