Türkiyənin Vətən Partiyası Əfqanıstandakı hadisələrlə bağlı bəyanat verib.
KONKRET.az türk mediasına istinadən xəbər verir ki, təşkilatın bəyanatında deyilir ki, ABŞ Əfqanıstan üçün etibarsız bir tərəfdaş olduğunu sübut etdi və nəticədə məğlub oldu. “ABŞ imperializmi Əfqanıstanda məğlub oldu. Bir daha məlum oldu ki, ABŞ ən etibarsız tərəfdaşdır. ABŞ ilə əməkdaşlığa arxalanmaqla bölgədəki bütün planların uğursuz olduğunu gördük. Çoxqütblü dünya prosesi getdikcə güclənir”, – deyə partiyadan bildirilib.
Partiya baş verənləri şərh edərək bildirib ki, ABŞ xüsusilə qaçqın axını təhlükəsi ilə üz-üzə qalan Türkiyə və bir çox qonşu dövlətlərə qarşı “xaos planı” həyata keçirir. Ancaq Əfqanıstan, Pakistan, Çin, Rusiya, İran və Türkiyənin birgə mübarizəyə başladığı Avrasiya ölkələrinin birliyi sayəsində bu plan uğursuz olacaq.
Natiq Səlim,
KONKRET.az
