ABŞ-ın bu ştatında fövqəladə vəziyyət ELAN EDİLDİbackend

ABŞ-ın bu ştatında fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl aşkar edilən poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.

“Poliomielit virusu Nyu-Yorka bitişik ərazilərdən, o cümlədən Roklenc, Orinc, Sallivan və Nassau qraflıqlarından götürülmüş çirkab su nümunələrində aşkar edilib”, – məlumatda deyilir.

Fövqəladə vəziyyətin tətbiqi poliomielit əleyhinə peyvəndləmənin stimullaşdırılması məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*