ABŞ-ın daha iki teleşirkəti Rusiyadan yayımı dayandırdıbackend

ABŞ-ın daha iki teleşirkəti Rusiyadan yayımı dayandırdı

ABŞ-ın “CBS News” və “ABC News” telekanalları Rusiyadan yayımını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə teleşirkətlərin nümayəndələri bildirib.

“CBS News” hazırda Rusiyadan xəbər yayımı etmir. Biz hadisələri KİV üçün yeni qanunlar əsasında izləyirik”, – CBS açıqlamasında qeyd edib.

“Rusiyada senzura haqqında yeni qanuna əsasən qərbin informasiya şəbəkələri bu ölkədən yayımı dayandırıb. Onlardan biri də ABC News-dur”, – ABC-dən bildirilib.

Bir müddət əvvəl ABŞ-ın CNN teleşirkəti və “Bloomberg” agentliyinin jurnalistləri də Rusiyadan yayımı dayandırdıqlarını bəyan ediblər.

Qeyd edək ki, martın 4-də Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Silahlı Qüvvələrinə münasibətdə yalan informasiya yayanların cinayət məsuliyyətinə cəlb olunacaqları haqqında qanun imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*