ABŞ-ın ən böyük QORXUSU: “Vaşinqton Putinin “SSRİ-ni yenidən bərpa edəcəyindən narahatdır” – Nulandbackend

ABŞ-ın ən böyük QORXUSU: "Vaşinqton Putinin “SSRİ-ni yenidən bərpa edəcəyindən narahatdır" - Nuland

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland hesab edir ki, Rusiya prezidenti öz irsini, yəni Sovet İttifaqını yenidən bərpa etməyə, sonra daha da ​​irəli getməyə çalışır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, düz 30 il əvvəl Yeltsin, Kravçuk və Şuşkeviç Belovejskaya Puşçada SSRİ-nin mövcudluğuna son qoyulduğunu elan edən müqavilə imzaladılar.

“ABŞ müttəfiqləri ilə Rusiyanın qlobal maliyyə sistemindən tam təcrid olunması variantını müzakirə edir. Əgər Rusiya Ukraynanı işğal etməyə qalxarsa, o zaman bunun nəticəsi biznes mühiti və əhali üçün də acınacaqlı ola bilər” – Nuland Senatda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanı təcavüzdən saxlamaq üçün səylə çalışır və bütün mövcud variantları nəzərdən keçirir. Nuland əlavə edib ki, misli görünməmiş sanksiyalar mərhələlərlə – birinci, beşinci və onuncu gün tətbiq edilə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*