ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirildibackend

ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirildi

Suriyanın şərqində ABŞ əsgərlərinin yerləşdiyi bazaya iki raket atılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiya açıqlama yayıb.

Açıqlamada ötən gün yerli vaxtla saat 01:05-də Suriyanın şərqində Amerika əsgərlərinin yerləşdiyi bazaya raket hücumu nəticəsində 4 ABŞ əsgərinin yüngül yaralandığı və beyin travması aldığı bildirilib.

ABŞ nüdafiə nazirliyinin sözçüsü Con Kirbi, hücumu kimin həyata keçirdiyini hələ bilmədiklərini, lakin bunun əvvəlki hücumlarda olduğu kimi İranın dəstəklədiyi şiə təşkilatlarının hücumlarına bənzədiyini açıqlayıb.

 

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*