“ABŞ-ın Ukraynaya göndərdiyi silahlar sülhə imkan vermir” – Putinin sözçüsübackend

"ABŞ-ın Ukraynaya göndərdiyi silahlar sülhə imkan vermir" - Putinin sözçüsü

Rusiya Prezidenti Vladimir Putin bu gün təhlükəsizlik şurasının üzvləri ilə görüşəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov ABŞ-ın Ukraynaya silah yardımı ilə bağlı qeyd edib:

“ABŞ-ın Ukraynaya göndərdiyi silahlar sülh danışıqlarına töhfə vermir”.

Kremlin sözçüsü Rusiyanın ABŞ-ın sanksiyalarına cavab verəcəyini vurğulayıb.

Rusiyanın “G20” Sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala Peskov “bu barədə hadisələrin inkişafına görə qərar veriləcək”- deyə bildirib.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*