ABŞ kəşfiyyatçısından İLGİNC İTTİHAM: “Kollektiv Qərb Rusiyaya yalan danışır”backend

ABŞ kəşfiyyatçısından İLGİNC İTTİHAM: "Kollektiv Qərb Rusiyaya yalan danışır"

“Kollektiv Qərb Rusiyaya yalan danışır və bu vəziyyət normal hesab olunur”.

Konkret.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter bildirib:

“Qərbin Rusiyaya yanaşmasında yalan, həqiqətin təhrifi və etimadın pozulması məqbul hesab olunur. Sanki hər şey qaydasındadır və belə də olmalıdır”, – Ritter vurğulayıb.

O, Almaniyanın keçmiş kansleri Angela Merkeli, eləcə də ABŞ, Fransa və bütün kollektiv Qərbi Rusiyaya yalan danışmaqda ittiham edib. Onun sözlərinə görə, Qərb Rusiyanın yalançılarla iş birliyinə girməsini istəyir. Amma Rusiyanın nöqteyi-nəzərindən bu, real təklif hesab olunmur.

Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Minsk razılaşmalarını Ukraynaya “güclənmək” üçün vaxt vermək cəhdi adlandırıb. O, hazırkı Ukraynanın hərbi baxımdan “2014-2015-ci illərdəki kimi olmadığını diqqətə çatdırıb.

Fransanın eks-prezidenti Fransua Olland da Minsk razılaşmalarının Ukrayna ordusunun güclənməsinə və Rusiyanın hücumunu bir müddət dayandırmasına imkan verdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*