ABŞ kəşfiyyatı Rusiya sərhədində – Qırıcılar havaya qaldırıldıbackend

ABŞ kəşfiyyatı Rusiya sərhədində – Qırıcılar havaya qaldırıldı

Rusiyanın “MiQ-31” qırıcısı Kamçatka yaxınlığında ölkə sərhədinə yaxınlaşan ABŞ-ın kəşfiyyat təyyarəsininin qarşısını alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik radarların Sakit Okean üzərində bir hava hədəfini aşkarladığını bildirib:

“MİQ-31” qırıcısı onu müəyyənləşdirmək və müşayiət etmək üçün Kamçatkadakı aerodromdan havaya qalxıb. Qırıcı qrupu hava hədəfinin ABŞ Hava Qüvvələrinin “RC-135” strateji kəşfiyyat təyyarəsi olduğunu müəyyən edib”.

Xarici təyyarənin Rusiya sərhədindən geri döndərməsindən sonra “MİQ-31” hava limanına qayıdıb.

Rusiya Müdafiə Nazirliyi aprelin əvvəllində də ABŞ-ın “RC-135” kəşfiyyat təyyarəsinin Sakit okean üzərində qarşısının alınması və müşayiət edilməsi ilə bağlı video yayımlamışdı./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*