ABŞ Konqresi Rusiyanın müharibə cinayətlərini SƏNƏDLƏŞDİRDİbackend

ABŞ Konqresi Rusiyanın müharibə cinayətlərini SƏNƏDLƏŞDİRDİ

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın hərbi cinayətlərinin sənədləşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Qanun layihəsini 29 martda respublikaçı senator Maykl Makkol Nümayəndələr Palatasına təqdim edib. Qanun layihəsi lehinə 418, əleyhinə 7 səslə qəbul edilib.

Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Qreqori Miks bildirib ki, ABŞ Rusiyanı müharibə cinayətləri ilə bağlı mühakimə etmək üçün əlindən gələni etməlidir.

Qeyd edək ki, Buça şəhərində mülki şəxslərin cəsədlərinin tapılmasından sonra Prezident Bayden Rusiya prezidenti Vladimir Putinin müharibə cinayətlərinə görə mühakimə olunmasını istəyib və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*