Ukraynaya qırıcı təyyarələr göndəriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib. O, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvlərinin Ukraynaya qırıcı təyyarələr göndərmək üçün “yaşıl işıq” yandırdığını bildirib. Çünki ABŞ və müttəfiqləri Ukraynanın Rusiyanın işğalından müdafiəsinə kömək etməyə davam edir.
Blinken bildirib ki, hazırda Ukraynanın döyüş təyyarələri ilə təmin olunması üçün Polşa ilə danışıqlar aparılır.
“Əslində, biz hazırda polşalı dostlarımızla onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə edirik, əgər onlar bu qırıcıları ukraynalılara vermək qərarına gəlsələr. Biz nə edə bilərik? Onların bir şey əldə etdiyinə əmin olmaq üçün necə kömək edə bilərik?”, – deyə ABŞ dövlət katibi bildirib.

Xuraman Etibarlı,
KONKRET.az
