ABŞ ordusu həqiqi hərbi xidmət üzvləri üçün cinsiyyətin təsdiqi prosesinə qoşulmaq və ya kömək etmək istəyən transgenderləri daha qəbul etməyəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Vaşinqtonda ABŞ Dairə Məhkəməsinə təqdim edilən memorandum Tramp administrasiyasının transgenderlərin müdafiəsini dayandırmaq üçün son cəhdidir.
Müdafiə naziri Pete Hegsethin fevralın 7-də yazdığı məktubunda bildirilir:
“Gender disforiyası keçmişi olan şəxslər üçün bütün qəbullar dərhal dayandırılsın. Hərbi qulluqçuların cinsiyyətinin dəyişdirilməsinin təsdiqi və ya asanlaşdırılması ilə bağlı bütün tibbi prosedurlar saxlanılmalıdır”.
Tramp administrasiyası orduda transgender hüquqlarının məhdudlaşdırılmasını zəruri addım kimi qiymətləndirib.
Vəli Həsənoğlu,
KONKRET.az