ABŞ Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə sanksiya TƏTBİQ ETDİbackend

ABŞ Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə sanksiya TƏTBİQ ETDİ

ABŞ-ın Ticarət Nazirliyi Ukrayna ətrafında ixracata nəzarə rejimini sərtləşdirmək üçün Rusiya ilə əlaqəsi olan 91 təşkilat və fiziki şəxsə sanksiya tətbiq edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu məlumat ABŞ hökuməti Federal Reyestrinin elektron bazasında yerləşdirilib.

“ABŞ hökuməti hesab edir ki, bu subyektlərin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına ziddir. Onlar Rusiya təhlükəsizlik xidmətini hərbi və müdafiə, eləcə də hərbi və müdafiə araşdırmaları sahələrində bu və ya başqa şəkildə dəstəkləyib”, – deyə sənəddə bildirilib.

Məlumata görə, sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib. Qalanları isə Rusiyadan xaricdə, Beliz, Böyük Britaniya, İspaniya, Qazaxıstan, Latviya, Malta, Sinqapur, Slovakiya və Estoniyada qeydiyyata alınıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*