ABŞ Rusiyadan neft idxalına niyə qadağa qoymur? – “Daily Mail”-dən MARAQLI TƏHLİLbackend

ABŞ Rusiyadan neft idxalına niyə qadağa qoymur? – “Daily Mail-dən MARAQLI TƏHLİL

Ağ Ev Rusiyadan neft idxalına tamamilə qadağa qoyulmasının əleyhinədir. Bunların bir səbəbi ikiüzlülükdürsə, digər səbəbi Amerika xalqına biganəlik.

Təsadüfi deyil ki, mətbuat Rusiyanın enerji resursları ilə bağlı suallar verməyə başlayanda Ağ ev rəsmiləri jurnalistləri az qaldı qovsunlar. Və əvəzində mətbuat katibi Cen Psaki prezident Co Bayden rus oliqarxlarına və onların ailələrinə qarşı yeni sanksiyaların tətbiqindən danışıb.

Ağ Ev, mətbuat katibi Cen Psakinin bu davranışı bir daha göstərdi ki, ABŞ Rusiya neftinin idxalına tam qadağasının əleyhinədir.

“Biz qlobal neft tədarükünü azaltmaqda maraqlı deyilik. Çünki bu, Amerika yanacaqdoldurma məntəqələrində qiymətlərin artmasına səbəb olacaq”, – deyə sonda Psaki jurnalistlərə etiraf edib.

ABŞ-ın Rusiya neftini almaqdan imtina etməsi üçün Ukraynada nə baş verəcəyini soruşduqda isə mətbuat katibi birbaşa cavabdan yayınıb.

“Burada amerikalılar üçün ortaya çıxacaq fəsadları nəzərə almaq lazımdır. Bazarda təklifin azalması və dünya tədarükünün azalması qiymətlərin bahalaşmasına səbəb olacaq. Biz bu məsələyə bu prizmadan baxmalıyıq”.
Xatırladaq ki, Prezident Bayden cümə axşamı hökümətin iclasında iştirak edərkən jurnalistlər ona qışqırıblar:

“Rusiya neftinin tədarükünü qadağan edəcəksinizmi?”

Əvəzində Baydenin köməkçisi əsəbi şəkildə “Yox” dedi. Sonra da “gedin, gedin”, – deyərək mətbuatı eşiyə müşayiət etdi. Təbii ki, jurnalistlər cavabdan razı qalmadılar. “Xeyr, cavab vermədi. Heç bir cavab vermədi” – deyərək narazı reportyor dağılışdı. Qeyd edək ki, bir müddət əvvəl Bayden Rusiya qazının kəsilməsi ilə bağlı suala qısaca cavab vermişdi: “Biz heç bir variantı istisna etmirik”.

“Daily Mail” nəşri, ABŞ. 4 mart 2022

Tərcümə etdi: Lətif.A,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*