ABŞ Ukrayna, Moldova və Ermənistanın müdafiə nazirliklərinə müşavirlər göndərir.
KONKRET.az xəbər verir ki, bu barədə “ Intelligence Online” yazır: “Vaşinqton Moskvanın orbitindən çıxarmaq istədiyi ölkələrin müdafiə nazirliklərini öz üzərinə götürür”.

Saytın məlumatına görə, ABŞ həmin nazirliklərin tələbi ilə Ukrayna, Moldova, Ermənistan və Balkan ölkələrinin müdafiə nazirliklərinə müşavirlər göndərir.
“Məqsəd onları Amerika qüvvələri ilə daha uyğunlaşdırmaq və Rusiya modelindən uzaqlaşmaqdır”, – qəzet qeyd edir.
Natiq Səlim,
KONKRET.az
