ABŞ Rusiyanın alkoqolundan və kürüsündən İMTİNA ETDİbackend

ABŞ Rusiyanın alkoqolundan və kürüsündən İMTİNA ETDİ

ABŞ Rusiyadan dəniz məhsulları, almaz və alkoqol idxalı, həmçinin bu ölkəyə zinət əşyalarının tədarükünə qadağa qoyur.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Bundan əlavə, ABŞ Rusiyanı “ən çox üstünlük verilən millət” statusundan məhrum edir. Rusiyanın ticarət statusunun dəyişməsi Amerika Konqresinə Rusiyadan ABŞ-a idxal olunan istənilən və ya bütün mallara, o cümlədən kürü, araq və digər mallara rüsum tətbiq etməyə imkan verəcək.

Bayden bildirib ki, G7 ölkələri Rusiyanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından borc almasına qadağa qoymağa çalışacaq. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*