ABŞ Rusiyaya kömək edən 3-cü ölkələri cəzalandıracaq – Siyahıda Ermənistan da varbackend

ABŞ Rusiyaya kömək edən 3-cü ölkələri cəzalandıracaq - Siyahıda Ermənistan da var

ABŞ Moskvaya sanksiyalardan yayınmağa kömək edən ölkələri cəzalandıracağını vəd edib. Söhbət Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandan gedir.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

ABŞ Prezident administrasiyasındakı söhbətlərlə tanış olan dörd həmsöhbət nəşrə bildirib ki, “Ağ Ev rəsmiləri digər ölkələrdə üçüncü tərəflərə qarşı xüsusi tədbirlər hazırlayır”. Onları “Rusiya iqtisadiyyatının ABŞ-ın sanksiyalarına məruz qalan tərəfləri ilə qarşılıqlı əlaqəyə” görə cəzalandırmaq istəyirlər.

Nəşr bildirir ki, Ukraynada vəziyyətin gərginləşməsi fonunda mövcud sanksiyaların Rusiya iqtisadiyyatına təsiri qeyri-müəyyən olaraq qalır.

Nəşrin adının çəkilməsini istəməyən mənbələri qeyd ediblər ki, hələlik bu cür tədbirlərlə bağlı konkret qərar yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*