Amerikaşünas politoloq Malek Dudakov ABŞ-ın Rusiyaya qarşı sanksiya təzyiqinin zəifləməsinin səbəbini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Moskvaya qarşı əvvəllər tətbiq edilən bəzi məhdudlaşdırıcı tədbirlərin ləğv edildiyini açıqlayıb. Rəsmi məlumatlara görə, Amerika şirkətləri birbaşa və ya üçüncü ölkələr vasitəsilə Rusiyaya telekommunikasiya üçün lazım olan avadanlıq, texnologiya və proqram təminatı verə bilər.
Vaşinqtonun niyə belə bir addım atdığı haqda ekspertlər birmənalı fikir səsləndirə bilmirlər. Lakin bununla bağlı müəyyən fikirlər artıq ortaya çıxıb. Belə ki, amerikaşünas politoloq Malek Dudakov yazdığı məqalədə bu mövzuya toxunub. O hesab edir ki, Vaşinqton Rusiyanın Amerika iqtisadiyyatı üçün vacib olan malların ixracını dayandırmaması üçün belə bir addım atır:

Dudakovun başqa bir fərziyyəsi də var. Onun fikrincə Vaşinqton sanksiyalar paketini yumşaltmaqla Rusiyanı Ukraynadakı xüsusi hərbi əməliyyatı tez bir zamanda dayandırmağa sövq etməyə çalışır. Bu nəzəriyyə ABŞ-ın maliyyə sektorunda məhdudlaşdırıcı tədbirləri genişləndirməyə tələsməməsi ilə qismən təsdiqlənir. Sanksiyaya məruz qalan Rusiya banklarının sayı dəyişməz olaraq qalır. Politoloq hesab edir ki, hərbi əməliyyatlar dayandırılacağı təqdirdə Rusiyaya münasibətə yenidən baxıla bilər.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “The Economist” nəşri kollektiv Qərbin məyusluğu haqda məqalə dərc edib. Məqalədə Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Rusiyanın təcrid ölkəsinə çevrilmədiyi xüsusi vurğulanırdı.
Müşviq Tofiqoğlu,
KONKRET.az
