ABŞ Senatının Xarici Siyasət Komitəsinin sədri Robert Menendez Rusiya xalqını “dağıdıcı iqtisadi sanksiyalarla hədələyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, özünün sərt çıxışında deyib:
“Moskvada, Kiyevdə və dünyanın digər paytaxtlarında bu açıqlamanı izləyənlər tərəfindən aydın şəkildə məni başa düşülməsini istəyirəm: Rusiyanın işğalı əvvəllər heç vaxt görmədiyimiz kimi dağıdıcı iqtisadi sanksiyalara səbəb olacaq. Rusiyanın bank sektoru məhv olacaq. Dövlət borcu bloklanacaq. Rusiya SWIFT maliyyə sistemindən ayrılacaq.
Sektor sanksiyaları Rusiya iqtisadiyyatına zərər verəcək. Putinin özü, eləcə də onun yaxın ətrafı Qərbdəki bank hesablarına çıxışını itirəcək. Rusiya faktiki olaraq beynəlxalq iqtisadi sistemdən kəsiləcək.
Açıq deyim – bunlar adi sanksiyalar deyil. Müzakirə olunan ən sərt tədbirlər və ya mən onları adlandırdığım kimi “bütün sanksiyaların anası”dır.
Əgər Putin Ukraynanı işğal edərsə, bunun təkcə Rusiya iqtisadiyyatı üçün deyil, həm də Rusiya xalqı üçün dağıdıcı nəticələri olacaq”.
Natiq Səlim,
KONKRET.az