“ABŞ təcavüzünə cavab qaçılmazdır” – Rusiya XİNbackend

"ABŞ təcavüzünə cavab qaçılmazdır" - Rusiya XİN

ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına və Vaşinqtonun təcavüzkar davranışına cavab qaçılmaz olacaq.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq zamanı səsləndirib.

“Bu cür təcavüzkar davranış, şübhəsiz ki, qəti bir cavab alacaq və sanksiyalara cavab qaçılmaz olacaq”, – o deyib.

M.Zaxarova vurğulayıb ki, Vaşinqton Rusiya-Amerika münasibətlərinin tənəzzülə uğramasına görə cavab verəcəyini başa düşməlidir.

Bir qədər öncə Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini elan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*