Türkiyə NATO ölkəsi və ABŞ-ın müttəfiqi olduğu üçün, Vaşinqton Ukraynadakı vəziyyətin həlli ilə bağlı rəsmi Ankarayla məsləhətləşə bilər.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Çətinliklər Moskva ilə Kiyev arasında deyil. Mürəkkəblik Amerika, Moskva və NATO arasındadır. Türkiyə isə bir NATO ölkəsidir. Çox güman ki, ABŞ Türkiyə ilə də məsləhətləşəcək. Axı Ankara Vaşinqtonun müttəfiqidir” – Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
