“Amerika avropalı tərəfdaşlarını Rusiyanın enerji resurslarından imtina etməyə inandıra bilmədi. Çünki, Avropa İttifaqı enerji daşıyıcılarında “müstəqil” ola bilmir. Bu da ona gətirib çıxarıb ki, Vaşinqton çətin vəziyyətə düşüb, indi İran və Venesuelanın köməyi ilə Rusiyadan asılılığı aradan qaldırmağa çalışır”.
KONKRET.az xəbər verir ki, bu sətirlər Türkiyənin “Cumhuriyet” qəzetinin köşə yazarı Mehmet Ali Güllerin məqaləsindən götürülüb.
Köşə yazarı fikirlərini inkişaf etdirərək daha sonra qeyd edir:
”Əvvəllər biz Ukrayna böhranını iki əsas kontekstdə nəzərdən keçirirdik. Bunun birincisi, ABŞ-ın və Aİ-nin Hindistanı Çin və Rusiyaya qarşı fundamental strategiyasından imtinaya necə nail olacağına dair, ikincisi isə Avropanın təhlükəsizliyinin(eləcə də, enerji təhlükəsizliyi) kimin tərəfindən və necə formalaşacağına dair.
Lakin ötən müddət ərzində gözləntilərimizin heç biri baş vermədi. Nə Hindistan Rusiyadan və Çindən imtina etdi, nə də ki, Avropanın təhlükəsizliyi( həmçinin, enerji sahəsində) təmin edildi”.
“Qeyd etdik ki, Yuqoslaviyanın bölünməsi və NATO-nun tədricən Şərqə doğru genişlənməsi bu qurumun təhlükəsizlik arxitekturasının formalaşmasına əsas yaratsa da, sonda Rusiyanın Ukraynaya hərbi əməliyyatlara başlamasına səbəb oldu. Yada salaq ki, ABŞ administrasiyasının Ukrayna ilə imzalanan strateji tərəfdaşlıq sənədində ABŞ və Ukraynanın Rusiya-Almaniya “Şimal axını 2” qaz kəməri layihəsinə qarşı birgə mübarizə aparacağı xüsusi bənd kimi qeyd olunub.
Vaşinqton uzun müddət həm Almaniyada “NATO-yönlü damarı” aktivləşdirməklə, həm də sanksiyalar tətbiq etməklə bunu dayandırmağa çalışsa da, nəticəsi olmayıb. Rusiyanın hərbi əməliyyatı fonunda Şoltsun, o cümlədən “yaşılların” təzyiqi altında ABŞ keçici aralıq düstur tapdı: sertifikatlaşdırma prosesi dayandırıldı!
Nəticə nə oldu?
Nəticə o oldu ki, tikintisinə on milyard avro xərclənmiş boru kəmərinin inşası yarımçıq dayandırıldı. Lakin, bütün hallarda “Şimal axını 1” boru kəməri fəaliyyətini davam etdiri və Almaniya ilə yanaşı digər Avropa ölkələrinın ehtiyaclarını ödəyir. Bu da onu deməyə əsas verir ki, ABŞ Ukrayna qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədi, amma rəsmi Kiyevi Rusiyaya qarşı qanlı müharibəyə sövq etdi” – Mehmet Ali Güller fikrini tamamlayıb.
Lətif.A
KONKRET.az
