ABŞ və Rusiyanın rəqib deyil, tərəfdaş olduğu dünya varmı? – Peskovdan İLGİNC CAVABbackend

ABŞ və Rusiyanın rəqib deyil, tərəfdaş olduğu dünya varmı? - Peskovdan İLGİNC CAVAB

“Rusiya NATO və ABŞ əsgərlərinin Yunanıstan ərazisində cəmləşməsindən, alyansın hərbi texnikasının Aleksandrupolis limanından keçirilməsindən narahatdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın “Antenna” telekanalına müsahibəsində deyib.

Yunanıstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq haqqında yenilənmiş sazişlə bağlı Moskvanı nə narahat edir sualına Peskov belə cavab verib: “Problem çox sadədir. Sizin ərazinizdə getdikcə daha çox NATO və ABŞ əsgəri cəmləşir. Siz Aleksandrupolidən yüzlərlə, minlərlə hərbi texnika daşıyırsınız və sairə. Siz NATO-ya yeni bazalar açırsınız, eyni zamanda NATO da bizə düşmən deyir. NATO alyansın əsas məqsədini formalaşdırır. Bu məqsəd isə Rusiyanı cilovlamaqdan ibarətdir. Bu bizi narahat edir, siz başa düşməlisiniz” – Putinin sözçüsü vurğulayıb.

Müxbirin Rusiyanın Türkiyəyə verdiyi “S-400” zenit-raket kompleksi ilə bağlı Yunanıstan da eyni dərəcədə narahat olur deməsinə Peskov belə cavab verib: “S-400” müdafiə sistemidir, Aleksandrupolisdən daşınanlar isə müdafiə texnikaları deyil”.

“Yunanıstan NATO-ya üzvlükdən irəli gələn öhdəlikləri yerinə yetirməyə məcburdur. Bu, bizim üçün problemdir, çünki NATO sərhədlərimizə yaxınlaşır. Biz NATO-nun sərhədlərimizə və Ukraynaya doğru irəliləməsini düşmən münasibət kimi görürük” – Peskov əlavə edib.

“Necə düşünürsünüz, ABŞ Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə Yunanıstan necə davranacaq” sualına Peskovun cavabı belə olub: “Rusiya Yunanıstana tərəfdaş və dost ölkə kimi yanaşır və münasibətləri belə davam etdirmək istəyir. Yunanıstan suveren ölkədir və müstəqil qərarlar vermək hüququ var”.

“ABŞ və Rusiyanın rəqib deyil, tərəfdaş olduğu dünya varmı” sualını isə Peskov belə cavablandırıb: “İkitərəfli münasibətlərimizin hazırkı vəziyyətini nəzərə alsaq, bunu təsəvvür etmək çətindir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*