“Adamın qanacağı, qabiliyyəti olar…” – Damlanın prodüserindən Kəramətə SƏRT SÖZLƏRbackend

Adamın qanacağı, qabiliyyəti olar...” – Damlanın prodüserindən Kəramətə SƏRT SÖZLƏR

“Kəramətin xalqın arasında birazca hörməti vardısa, onu da yerə vurdu”.

KONKRET.az xəbər verir ki, bu sözləri yenisabah-a müğənni Damlanın prodüseri Şamil İbrahimov deyib.

O, müğənninin yazıçı Kəramət Böyükçöllə baş tutan qalmaqallı müsahibəsi barədə danışıb:

“Sözügedən müsahibə Kəramət Böyükçölün kanalından silindi, çünki müəllif hüquqlarını pozmuşdu. Bircə “Kanal 13” də həmin müsahibə qalıb, o da sabah, birigün “YouTube” tərəfindən kanaldan silinəcək. Kəramət şou-biznes adamı imiş, Tolikdən, digər prodüserlərdən daha çox şou adamı imiş. Mən Kəramət Böyükçölü vətənpərvər bir adam kimi tanıyırdım, təəssüf, yanılmışam.

O vaxt prodüser Tarix Əliyevlə (Tolik) belə problemimiz oldu. Ona bildirdik və Tolik həmin kadrları paylaşmadı. Amma Kəramətə deyildi ki, paylaşma, yenə öz bildiyini etdi, adamın qanacağı, qabiliyyəti olar, belə hərəkət etmək düzgün deyil. O özü də elə ağıllı adam deyil, əgər olsaydı bilərdi ki, müəllif hüquqlarını pozmaq düzgün deyil. Kanaldan video silinəndən sonra sanki kanalının bir qolu getdi. Bu da statistikaya ciddi təsir edən bir şeydir. Damla hər şeyi bilmək zorundadır? Kəramətin isə xalqın arasında birazca hörməti vardısa, onu da yerə vurdu”.

  • Omer
    Avqust 13, 2021 - 15:21

    Ayib olsun o kerametdi nedi ona. Mende bahdim 24 deqelik verlise Damla xanim Cox guzel danisir. O sualada cavab vererdi. Amma onda yaxsi cixmadi keramet ucun. Bele insanlarin efirden uzaq tutmaq lazimdi. Damla xanim esq olsun. Kerametede ayib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*