Adil Qeybulla: “Virus bu dövrdə mutasiyaya uğrayaraq yox olacaq”backend

Adil Qeybulla: “Virus bu dövrdə mutasiyaya uğrayaraq yox olacaq”

Bu gün dünyada, eləcə də Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, Azərbaycanda yoluxanların sayı 1200-ə yaxınlaşıb. Bəzi mütəxəssislər bu virusun bir neçə il davam edəcəyi ilə bağlı fikirlər səslədirirlər. Azərbaycanda koronavirus nə zaman yoxa çıxa bilər?

KONKRET.az-ın bununla bağlı sualını cavablandıran  professor Adil Qeybulla bildirib ki, yoluxma sayı 1200-ə yaxınlaşsa da, insanlar özlərini elə aparırlar ki, sanki bunun fərqində deyil. Yoluxma sayı olduqca çoxdur. Bu rəqəmlər göydəndüşmə deyil. Biz gündəlik müraciətlərdə də görürük. Xəstə başqa şikayətlərlə gəlir, tormoqrafiyada buzlu şuşa aşkar edirik. Nəticə də analizə göndəririk, nəticə də müsbət çıxır. Ona görə də həmin rəqəmlərin doğruluğuna əminlik yaradır. Düşünürəm ki, insanlarımız bu məsələyə məsuliyyətli və diqqətli yanaşmalıdır. Vəziyyətin bu formada davam etməsi koronavirusun ön cəbhəyə keçməsinə və həyata keçirdiyimiz işlərə kölgə düşməsinə səbəb ola bilər.

Dövlət tərəfindən gecikmədən lazımı tədbirləri görülməli və bu, lokallaşdırılmalıdır. İkinci dalğada virusun  gedişatında fərqlilik var. Əlbəttə, virus titrından çox şey asılıdır. Bədəndə virusun titrı çox olanda gedişatı da ağır olur. Ümumiyyətlə, virusun zəifləməsi qeydə alınır. Hesab edirəm, bu ilin sonuna kimi virus mutasiyaya uğrayaraq yox olacaq. Əgər bu virus orqanızmdə qalıb, hansısa yolla qalacaqsa, o zaman bu virus təbii deyil, laboratoriyada hazırlanmış virusdur. Amma hesab edirəm bu, belə olmayacaq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*