Ağ Ev Türkiyədəki terror aktını pislədibackend

Ağ Ev Türkiyədəki terror aktını pislədi

“ABŞ Türkiyənin İstanbul şəhərində baş verən zorakılıq aktını qətiyyətlə pisləyir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, – Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*