Bakıda yola aşan ağac götürüldü – YENİLƏNİB / FOTObackend

Bakıda yola aşan ağac götürüldü - YENİLƏNİB / FOTO

Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.

Bu barədə KONKRET.az-a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.

***

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

“Sürücülərdən nəzərə almaları xahiş edilir”, – qeyd olunub.

Ağac qırılıb yola düşdü, çətinlik yarandı - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*