Ağdaşda 3 avtomobil toqquşdu – Yaralılar varbackend

Ağdaşda 3 avtomobil toqquşdu - Yaralılar var

Ağdaş rayonu ərazisində zəncirvarı ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, bu gün saat 17:30 radələrində Ağdaş-Qəbələ yolunun Dəhnə kəndi ərazisində “VAZ 2107”, “Mercedes” və “QAZ 2410” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdaş rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*