Ağstafa-Bakı sürətli sərnişin qatarının hərəkəti bərpa olundu
346
Ağstafa-Bakı sürətli sərnişin qatarının hərəkəti bərpa olunub.
Qatar Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış fasiləyə görə 30 dəqiqə yolda dayanmalı olub.
Məsələ ilə bağlı KONKRET.az-a açılama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib ki, hazırda qatar Bakı istiqamətində hərəkətini davam etdirir.