Ağsuda minik və yük avtomobilləri toqquşdu, ölən varbackend

Ağsuda minik və yük avtomobilləri toqquşdu, ölən var

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Muradlı kəndində qeydə alınıb.

Tehran Səlimovun idarə etdiyi “KIA Optima” markalı avtomobillə əks yola hərəkətdə olan Firudun Həsənovun idarə etdiyi JAC markalı yük maşını toqquşub. Toqquşmanın nəticəsindən hər iki avtomobil yolun kənarına aşıb, Tehran Səlimov isə hadisə yerində ölüb.

Qeyd edək ki, hadisədə ölən Tehran Səlimov polis əməkdaşı olub. O, Kürdəmir Rayon Polis Şöbəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*