Avropa İttifaqı Rusiyada qeydiyyatdan keçmiş avtomobillərin sərhəddi keçməsinə qadağa qoyub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiya və Belarusda qeydiyyatda olan avtomobillərin keçidini dayandırıb. Bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Aİ-nin Rusiya və Belarus ilə həmsərhəd olan dövlətlərinin gömrük xidmətləri aprelin 8-dən bu ölkələrin qeydiyyatında olan avtomobillərin ölkəyə buraxılmasını dayandırıb.
Tədbirlər beşinci sanksiyalar paketinə uyğun olaraq həyata keçirilib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
