Aİ nazirləri bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəkbackend

Aİ nazirləri bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı yüksəkvəzifəli avropalı mənbəyə istinadən “RİA Novosti” yayıb.

“İnterfaks” isə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin iki ölkə arasında münasibətlərin nizamlanmasına dair çıxış edəcəyini yazıb.

Bununla yanaşı, Aİ-nin XİN rəhbərlərinin Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdə missiyası, eləcə də Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəkləri bildirilir.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*