Aidiyyatı qurumlar hərəkətə keçdi: Qubanın keçilməz yolları bərpa edilir – VİDEObackend

Aidiyyatı qurumlar hərəkətə keçdi: Qubanın keçilməz yolları bərpa edilir - VİDEO

Bir müddət öncə Qubanın Cəfər Cabbarlı küçəsinin bərbad yolları haqda hazırladığımız reportaj öz nəticəsini verib və aidiyyatı qurumlar artıq hərəkətə keçib.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yolda həyata keçirilən asvaltlanma işləri vətəndaşların sevincinə səbəb olub. İcra nümayəndəsi Elvin Hüseynov KONKRET TV-yə açıqlamasında digər küçə və prospektlərdəki yolların da təmirinə start verildiyini bildirib.

Xatırladaq ki, Qubaya yağan güclü qardan sonra yollarda çatlar və iri çuxurlar əmələ gəlmişdi. Bu isə insanların və avtomobillərin hərəkətinə ciddi maneə yaradırdı.

Emin Kərimov,

KONKRET.az

  • Namiq
    Aprel 7, 2022 - 21:23

    Xahiş edirəm Abşeron rayonu Saray qəsəbəsinin yolları haqda da material hazırlayın. Bəlkə Saray qəsəbəsinin də yolları ağ günə çıxa, qara asfalt görə, çökmələr və çala-çuxur düzələ. Bir asfaltlı mərkəzi yol var o da bərbad.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*