Ailəsinə əziyyət verməmək üçün intihar etdibackend

Ailəsinə əziyyət verməmək üçün intihar etdi

Şabranda 59 yaşlı şəxs özünü asıb

Hadisə bu hün səhər saatlarında Şabran rayonunda baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, 1960-cı il təvəllüdlü Şabran şəhər Niyazi küçəsində yaşayan Yolçuyev Comərd Şıxverdi oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib. Meyit müayinə olunması üçün morqa aparılıb. Ailə üzvlərindən aldığımız məlumata görə, Comərd Yolçuyev uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. İntihar etməsinə səbəb kimi ağır xəstəliyi göstərilir.

Cəlal Fərzəliyev,

Konkret.az

Bir cavab yazın