Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub.
KONKRET.az xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.
Mərasimdə elm, təhsil, mədəniyyət xadimləri, akademikin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra T.Bünyadov II Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, alim aprelin 8-də 94 yaşında vəfat edib.
