“Biz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyimizi açıq şəkildə ifadə etməyə davam edirik”.
KONKRET.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, İtaliya və Böyük Britaniyalı həmkarları ilə İstanbulda keçirdiyi üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyə vəziyyəti yaxından izləyir.
“Ukraynada baş verən son hadisələr fonunda daha çox insan tələfatının və humanitar vəziyyətin pisləşməsinin qarşısının alınması üçün ən qısa zamanda atəşkəsə ehtiyac olduğunu da ortaya qoydu. Bölgədə sülh və təhlükəsizliyin tezliklə bərqərar olması və buna uyğun olaraq sabitliyin təmin edilməsi üçün də atəşkəs vacibdir”,- deyə o bildirib.
Akarın sözlərinə görə, atəşkəsin təmin edilməsi gələcək dövrlərdə diplomatiyanın yolunu açılacaq.
