Ali məktəblərə yerləşdirmə nə vaxt aparılacaq? – AÇIQLAMAbackend

Ali məktəblərə yerləşdirmə nə vaxt aparılacaq? - AÇIQLAMA

“Bu ay daha iki imtahan keçiriləcək. Onlardan biri müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün olacaq. Digəri isə sentyabrın 18-də rezidentura səviyyəsinin ikinci mərhələsi üçün olan imtahan olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, builki imtahanlarla əlaqədar 400 minə yaxın insana xidmət göstərilib. M.Abbaszadə qeyd edib ki, sentyabrın 20-dən sonra ali məktəblər üçün ümumi yerləşdirmə aparıla biləcək:

“Bundan sonra universitetlərə sənədlərin verilməsi başlayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*