Çin, ABŞ və Almaniyadan olan mütəxəssislər Çinin cənub-qərbindəki Guizhou əyalətindəki Hezhang bölgəsində Yura dövründə yaşayan dinozavrların daşa dönən izlərini tapıblar.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Güman edilir ki, bu izlər teropod və sauropodlara aiddir.
Tədqiqatçılar cəmi 31 ayaq izi aşkar ediblər (14-19 sm uzunluğunda).
Alimlər qeyd ediblər ki, izlər heyvanların yaxşı həyat tərzi sürdüklərinə işarədir.
Babək Göyüş
KONKRET.az
